Baskı

Pereira İddia Ediyor

Bu, Pereyra İddia Edir eserinin bir baskısıdır.Tüm baskıları gör
Basım Tarihi2005-09-09
Sayfa Sayısı167
Puan9.0/10 (2)

Açıklama

Bu əsər, zülmə, ədalətsizliyə, özbaşınalıq və avtoritorizmə qarşı mübarizənin ən parlaq nümunəsidir. Əsərin qəhrəmanı Pereyra adicə jurnalistdir, onu mə­dəniyyət səhifəsindən, ədəbiyyatdan, əcnəbi yazı­çıla­rın əsərlərini tərcümə etməkdən başqa heç nə maraq­landırmır. Ancaq iş elə gətirir ki, ortayaşlı, səhhətində problemlər olan bu vicdanlı adam özü də istəmədən siyasi hadisələrin axarına düşür, idealist gənclərə kömək edir. Əsərdə bir epizodda Pereyra ölkənin iki tanınmış ziyalısının Lissabonu tərk etmək barədə danışıqlarını eşidir və onlara yaxınlaşıb deyir: «Siz xalqa lazımsınız». Bununla Pereyra onların ölkəni tərk etməsinə qarşı çıxır, ancaq bu hadisədən qısa bir müddət sonra o özü ölkəni tərk etməli olur. O, seçim qarşısında qalır: ya gözünün qabağında öldürülmüş gənc fəalın qətlinə göz yumaraq, susaraq ölkəsində qalmalıdır, ya da xarici ölkəyə sığınaraq Salazar diktaturasının amansızlığı barədə dünyaya xəbər verməli və vətənindən didərgin düşməlidir. Pereyra ikincini seçir. O, həqiqəti deməyi vətəndə yaşamaqdan üstün tutur. Müəllif bu əsərində oxuculara həqiqətin, prinsipiallığın hər şeydən üstünlüyünü, zülmə, ədalətsizliyə qarşı hamının nəsə bir şey etməli olduğunu aşılayır. Tərcümə edən Səməd Səfərov

Puan dağılımı

9.0/ 10
2 puan
10
1
9
0
8
1
7
0
6
0
5
0
4
0
3
0
2
0
1
0

Puanlar bu eserin tüm baskılarına aittir. Tüm yorumları gör →

Benzer Kitaplar

Düzenleme Geçmişi

Yükleniyor...