Sakit okeanda minlərlə ada yerləşir. Bu adalardan Melaneziya adalar qrupuna daxil olan Yeni Hebrid adası, sonradan Vanuatu adı alaraq 1980-ci ildə müstəqillik əldə etmişdir. Arxipelağın mirvari adalarından biri də Pentekost adasıdır, yerli əhali adaya “Raqa” deyir. Əsərin başlığının altında “gözəgörünməz qitəyə yanaşma” əlavəsi var, ada beynəlxalq səviyyədə tanınmadığından yazıçı onu belə adlandırmışdır. Əsərdə ada sakinlərinin həyat tərzləri, keçmişi və bu günü, əfsanələri, adət və ənənələri haqqında maraqlı məlumatlar var. Ada sakinləri ilə tanış olan Le Clézio onların əsl qəhrəman, həyatlarının isə əsl qəhrəmannamə olduğuna heyran qalır. “İstək bu kişilərin və qadınların ürəyindədir, bu istək onları irəliyə aparır, ehtiyac duyduqları yeni dünyanı onlara göstərirdi.”
Əsərdəki Şarlot adlı obraz onu döyən ərinə qarşı “mübarizəyə” qalxan bir qadındır; onun sayəsində adada pulla həyata keçirilən ödəniş əşya ödənişi ilə əvəzlənir.
Bu əsərlə Le Clézio sanki onu demək istəyirdi ki, ey insanlar, bu adalara getməyin, malik olduğunuz həyat tərzinizlə oraları da kirlətməyin; qoyun, o insanlar istədikləri kimi, özləri kimi yaşasınlar, onların gələcəyinə hörmət edin.
“Qısa müddət ərzində müstəmləkə erasının amansız vəhşiliyini dadan kreollar, Sakit okeanın zəbt olunmuş adalarının sakinləri, plantasiya sisteminin köləsinə çevrilənlər bütün bəşəriyyət tarixinin ən inqilabçı xalqına çevrildilər“.

148 sayfa
2010 tarihinde, Qanun nəşriyyatı tarafından yayınlandı