Lütfen giriş yapınız.

Aşkın Ömrü Üç Yıldır

7 puan

Onu deyim ki, kitabı mənim bitirməyim hardasa 1 gün çəkdi. Çox tez bitti. Kitabı oxuyarkən önyargılı yanaşdığımı etiraf edim. Yəni başlayanda və ortalarda düşündüklərim fərqli idi. Bura çox fərqli şeylər yazmağı düşünmüşdüm hətta. Yazıçını və kitabı kəskin tənqid də daxil idi bura. Ancaq maraqlı fikirləri , insana düşündürən ifadələri də çıxarışlar edərək saxlayırdım. Bu yeni adətimdir. Əsəri bitirdiyimdə yaşadığım hiss mənə imtahan vaxtı klassik tipdə sual salacam deyib, test şəklində sual salan məllimimizin elədiyi imtahan vaxtı keçirdiyim hissə bənzədi. Kitab bəlkə sürükləyici deyil, hətta çox açıq saçıq şəkildə yazılıb. Amma bunlar oxumamaq üçün səbəb deyil, məncə oxuyun.Mən burdan mənə “ heç 4 manatı da buna verərlər ?” deyən dostlarıma kiçik bir müraciət etmək istəyirəm ki, “ hər kitabın öyrədəcəyi şeylər var və kitablara verilən pul itmir.”
Kitabın üz qabığından onsuz ehtiras və hisslərin təsvir olunacağı bəllidir. Yazıçı kitabda da məhəbbətin tanışlıq, ehtiras,hisslər, birşeylər yaşanması və nəhayət sıxılmaq və ayrılmaq olaraq dəyərləndirib.Bütün bunlar hamısı 3 ildə baş verirYeri gəlmişkən kitabın üz qabığına baxan hamı, bir dəfə kitaba baxırdı, sonra üzümə, sonra bir də kitaba... Ancaq ən əsas yazıçını axtardığı sual isə budur: Axı niyə məhəbbət 3 il yaşayır ? Bu sualın cavabını tapır mı, tapmır mı bunu siz özünüz baxım və görün...məndən təklif etməkdir oxuyunnn....

Yorumlar
« geri ileri »

0 ile 0 arası yorum gösteriliyor, toplam 0 yorum.
Yorum yazılmamış.
« geri ileri »