Mustafa Məstur çağdaş İran ədəbiyyatının ən tanınmış istedadlı yazarlarından biridir. Təsvirçiliyə daha çox yer verən yazarın üslubu sadə olduğu qədər də mürəkkəbdir. Situasiyanı geniş və əhatəli təsvir etməklə yazıçı oxucunun təsəvvüründə həmin hadisələri, dialoqları daha obrazlı canlandırmaq məqsədi güdür. Tənqidçilər Mustafa Məsturun uğurunu da elə məhz bu-rada görürlər.
“Cüzamlı əllər və donuz sümüyü” romanı az vaxtda məşhurlaşaraq yüksək tirajla 15 dəfə ardıcıl nəşr olunub və yazara “İlin ən yaxşı romanı” İsfahan ədəbi mükafatını qazandırıb. Bir sıra dünya dillərinə, 2011-ci ildə isə italyan dilinə tərcümə olunaraq çap edilən bu roman “Türin Beynəlxalq Kitab Sərgi”sində oxuculara təqdim olunub və maraqla qarşılanıb. İranlı rejissor M.Rəhmaniyan romanın motivləri əsasında “Yeddi torpaq, bir asiman” adlı bədii film çəkib.
Tərcümə : Ariz Tarverdiyev

Karton Cilt, 104 sayfa
9Ekim2011 tarihinde, Qanun nəşriyyatı tarafından yayınlandı