Ölən Dünyam

Azərbaycanın ünlü yazıçısı mərhum İsmayıl Şıxlı bu tarixi romanını ölümündən beş ay qabaq tamamlaya bilmişdi. Halbuki o bu romanı yazmaq qərarına hələ çox əvvəllər gəlmiş, təəssüf ki, ideyasını sovet gerçəkliyində obyektiv səbəblər ucbatından reallaşdıra bilməmişdi. İsmayıl Şıxlının kulta çevrilmiş “Dəli Kür” romanından dərhal sonra, ilk variantda “Qanlı təpə” adıyla qələmə almaq istədiyi bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. “Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin (“Dünya qopur”, “Dumanlı Təbriz”, “Bir gəncin manifesti”, “Səhər”, “Şamo”) təkrarından başqa bir şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım”, – müəllif yazır. O, bir də müstəqillik dövründə bu ideyasına qayıdır, özgürlüyün verdiyi imkanlardan istifadə eləyərək xəstəliyi və gözünün zəifləməsinə baxmayaraq, doğmalarının fədakar yardımı sayəsində romanı yazmağa başlayır və uğurla başa çatdırır. Bu dəfə roman belə adlanır: “Ölən dünyam”. Ölməz yazıçının bu əsəri oxucuları “Dəli Kür”dən uzun illər sonra bir daha sehrləyəcək və onlara gözəl nəsrin zövqünü yaşadacaq.

Değerlendirmeler

değerlendirme
Filtrelere göre değerlendirme bulunamadı

Baskı Bilgileri

Karton Cilt, 208 sayfa
16Eylül2011 tarihinde

Dil
Azerbaycan Türkçesi

Etiketler: roman

Benzer Kitaplar

Şu An Okuyanlar

Şu anda kimse okumuyor.

Okumuşlar

Ayxan Əhmədzadə Ayka
2 kişi

Okumak İsteyenler

Ayka
1 kişi

Takas Verenler

Takas veren bulunamadı.
Puan : hepsi | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10
Değerlendirme Zamanı: en yeni | en eski