Qafqaz Günləri

"Qafqaz günləri" (fars. Jours caucasiens‎) — Azərbaycan əsilli fransız yazıçısı Baninin (Əsədullayeva Ümmülbanu Mirzə qızı) 1945-ci ildə Parisdə nəşr olunmuş romanıdır.

Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamanki adət-ənənələr, həyat tərzi, mədəniyyət haqda ətraflı məlumat verilir.

Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur.

Məzmun
Məzmun Baninin şəxsi bioqrafiyası üzərində qurulub. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır.

Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır.

Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir.

Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir.

Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların "milyonçuluğunun" çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.

Yazıçı ADR-in hökumətində nazir olmuş atası Mirzə Əsədullayevi, ata nənəsini alman dayə fröylen Annanı ən kiçik detalları belə nəzərdən qaçırmadan təsvir edir.

Banin Novruz və Ramazan bayramının qeyd olunmasını çox maraqlı bir tərzdə təsvir edir.

"Qafqaz günləri" (fars. Jours caucasiens‎) — Azərbaycan əsilli fransız yazıçısı Baninin (Əsədullayeva Ümmülbanu Mirzə qızı) 1945-ci ildə Parisdə nəşr olunmuş romanıdır.

Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamanki adət-ənənələr, həyat tərzi, mədəniyyət haqda ətraflı məlumat verilir.

Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur.

Məzmun
Məzmun Baninin şəxsi bioqrafiyası üzərində qurulub. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır.

Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır.

Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir.

Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir.

Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların "milyonçuluğunun" çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.

Yazıçı AD... tümünü göster


Değerlendirmeler

değerlendirme
Filtrelere göre değerlendirme bulunamadı

Baskı Bilgileri

Ciltsiz, 208 sayfa
1992 tarihinde, Yazıçı tarafından yayınlandı


Dil
Azerbaycan Türkçesi

Etiketler: biografi ve ani

Benzer Kitaplar

Şu An Okuyanlar

Şu anda kimse okumuyor.

Okumuşlar

Ayka
1 kişi

Okumak İsteyenler

Okumak isteyen bulunamadı.

Takas Verenler

Takas veren bulunamadı.
Puan : hepsi | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10
Değerlendirme Zamanı: en yeni | en eski