Qiyamət

Çingiz Aytmatov qəhrəmanlarının hər biri öz qəlbində Təbiətin bir parçasını yaşatmağa məhkumdur. Ədib «Qiyamət» adlı romanında daha irəli gedir və öz oxucusunu inandırır ki, Yer üzünün harasında olur olsun, bəşər övladının başına gələn bəlaların əsas səbəbi – elə insanın özü olmaqla yanaşı, onun Təbiətdən qoparılmağı, öz xoşuna, ya zor gücünə Təbiətdən ayrı düşməyidir…

Təbiətdə cansız heç nə yoxdur. Otu-ağacı, daşı-torpağı, çeşməsi-çayı – bu gen-geniş göylərin altında Allah-taalanın nəfəs verdiyi hər şey öz öm­rünü yaşamaqdadır. Təbiətdəki mizan-tərəzi pozulandasa faciələr ayaq tutub yeriyir…

Romandakı canavarlar – Ağbərə ilə Daşçeynər, həmçinin ər-arvad Bostonla Gülümkan da – yazıçının gözündə eynidir. Hər iki ailə ruzu dalınca qaçaqovda, hər ikisinin köksündə çalın-çarpaz bala dağı, yurd həsrəti, övlad qubarı… hər ikisinin dalınca da şər qarabaqara gəzir…

Ç.Aytmatovun demək istədiyi bir şey də var: hansı dində olur olsun, insanın inancı elə bir baxım Təbiətdən süzülüb gəlir. İmanlı olmaq hər şeydən əvvəl Allah-taalanın Yer üzündə yaratdıqlarına – ağacına, otuna-çiçəyinə, dağına-daşına, torpağına-suyuna iman gətirmək, Tanrının nəfəs verdiyi hər şeyə baxıb sevinmək, şükürlər etməkdir.

Ruscadan tərcümə : Vaqif Əlixanlı

Değerlendirmeler

değerlendirme
Filtrelere göre değerlendirme bulunamadı

Baskı Bilgileri

Karton Cilt, 336 sayfa
2013 tarihinde, Qanun nəşriyyatı tarafından yayınlandı

ISBN
978-9952-26-460-9
Dil
Azerbaycan Türkçesi

Etiketler: roman

Benzer Kitaplar

Şu An Okuyanlar

Şu anda kimse okumuyor.

Okumuşlar

Okumuş kimse bulunamadı.

Okumak İsteyenler

Okumak isteyen bulunamadı.

Takas Verenler

Takas veren bulunamadı.
Puan : hepsi | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10
Değerlendirme Zamanı: en yeni | en eski