Qelender, 183 adet değerlendirme yapmış.  (24/27)
Od
Od

8

Əsərin yazılış şəkli müasir yazıçıların üslubundadır...Bugunkü tarixdən keçmişə doğru yönəlib yenidən hadisələrin cərəyanını anlatan bir roman..Yunus Emrenin öz dilindən anlatılması isə ayrıca bir hava qatır. Romanın başlanğıcında Yunus Emrenin şeirlərini dəniz atan Molla Kasım bundan duyduğu peşmançılıqla birlikdə gəlib onun həyatını yazmağa qərar verir...Yunus Emre isə bütün həyatını anlatmağa başlayır... İskender Pala çox sevdiyim bir yazardır. 2 kitabını oxumuşam. “OD “ ve “Şah və Sultan” . Ancaq onu da deyim ki, bu kitab qismən Palanın dəsti xəttindən uzaqlaşıb. Təbii ki, yenə ortaya çıxan gözəlliyə söz ola bilməz...Sözlərdəki axıcılıq, cümlələrin insan qəlbini oxşayann ahəngi... Ancaq burda Yunus Emrenin məhəbbətinə yer verilsə də, ilahi məhəbbət “Şah və Sultana” və İskender Pala üslubuna görə daha geri planda durur... Ancaq yenə də PALAnı sevgini təsvir etmədən təsəvvür etmək olmur... Amma açığı mən ŞAH VƏ SULTAN əsərini daha çox bəyənmişdim...Bəlkə də başqa oxuyanlar mənimlə razılaşmaya bilərlər. Bu əsər də özünə məxsus gözəldir...Ancaq yenə də o əsər daha çox xoşuma gəlmişdi. Bu əsərdə isə Yunus Emrenin səyahətləri, Azərbaycana gəlişi, burda bir müddət qalışı da təsvir olunub. Və demək olar ki, 14. əsrdə və 14. əsrə qədər yaşamış bütün Təkkə sahibləri, Sufi təriqətlərinin başçılarının adı çəkilib....Yunusun hələ təcrübəsiz vaxtlarında Mevlana ilə görüşünün də ayrı yeri var ki, bu Sinan Yağmurun “AŞKIN GÖZYAŞLARI HZ.MEVLANA” kitabında da yer almışdı....Ümumi oxusaq geniş tarixi bilgi, 13-14 əsrlər Türkiyəsi, tarixi şəxsiyyətlər haqqında məlumatlar və əməlli bir sözoyunundan ibarət zövq paketi əldə

Aşk Seni Affettim
Aşk Seni Affettim

6

Roman haqqında onu deyə bilərəm ki, sıradan ailə yaşantısı, həyat, həyatın içindən insanlar, bizlərdən biri olan insanlar haqqında yazılan romandır. 1970 illərindən bu yana Türkiyədə insanların həyata baxış tərzi və zaman keçdikcə dəyişən fikirlərdir... Təbii ölkəmizdə bu hələ də dəyişilməyib. Bir qadın...Həyatı, uşaqlıq illərindən bu yana yaşadıqları... Qadının sevgini araması, sevgidən dəfələrlə ağzı yanması...Sonra isə həyat yoldaşı rəhmətə gedən, 1 uşaqlı bir adamı sevməsi və onunla keçirdiyi bir ömürdən bəhs edir... Övlad sevgisinin 9 AY bətnində daşımaqla deyil, içdən analıq hissiylə olduğunu vurğulanmasını bəyəndim. Kitabda bəzi yerlərdə kişilər haqqında ümumiləşdirmə etsə də, bütün hərkəsi eyni səbətə qoysa da, onu da deyim ki, bu fikirlərlə razı deyiləm, sonradan həmin personajın özü tərəfindən də bu fikirlər təkzib olunur....Ümumi maraqlı əsər idi. Kiçik, düşündürücü bir kitab...1 gündə bitirdim... Oxumağınızı tövsiyə edirəm...

Hayvan Çiftliği
Hayvan Çiftliği

8

Bir anlıq düşünün... “Bütün heyvanlar insanların əlehinə üsyana qalxıblar. Bir anda bir fermanı ələ keçirdilər.” Bəli, bu əsərin mövzusu budur... heyvanların insanların əlindən aldığı Malikanə. Heyvanlar insanların onlara illərdən bəri , tarix boyu etdikləri əziyyətlər və.s heyvanların canını boğazına yığmışdı və Mayor ləqəbli donuzun ölümün astanasında etdiyi vəsiyyət heyvanların üsyana başlamasında stimul oldu və heyvanların üsyanı Cons adlı ferma sahibinin fermadan qovulması və fermanın heyvanlara qamasına səbəb olur...Əsas hadisələr isə burdan başlayır. Əsərin təbii ki mövzusunda bizə danışılmaq istənən bu deyil. Əsəri diqqətlə oxuyanda obrazların təmsili xüsusiyyət daşıdığını görmək mümkündür. Hətta təmsili roman da demək olar.. Çünki əsərdəki obrazlar başqadır, danışılan isə başqa. Əsəri oxuduqca heyvanların necə insanlaşdığını yaxud da ətrafımızdakı insanların necə heyvanlaşdığını görə bilərik. Hərislik, hakimiyyət insanları necə pozursa heyvanları da elə pozur. Əsərdə heyvanları oxuduqca Ərəb Baharı filan gözümün qabağına gəlirdi. Daha başqa faktorlar da təbii.. Diktatorlar kitabınıı oxuyanda orda gördüyüm diktatorları burda heyvanlarda bir daha görürdüm. Üzde insanların bu gün medya ilə necə beyni yuyulurdusa bunun da eynilə qarşılığı orda öz əksini tapırdı...Məncə oxumağa dəyər...

Yüzyıllık Yalnızlık
Yüzyıllık Yalnızlık

8

bu günə qədər oxuduğum ən yorucu, ən darıxdırıcı roman olsa da bitirdiyimə sevinirəm. Bu əsər belə baxanda ilk baxışda çərənçi , eyni təkrarlardan ibarət Hind, Braziliya yaxud Türk seriallarını xarirladır. Çünki hadisələrdə dəyişən adlar olsa da eyni şeylər baş verir. Kitabı oxuyarkən diqqətimi çəkən ailənin bütün qadınlarının uzunömürlü olması oldu. Ursula adlı baş qəhrəmanda olduğu kimi, personajlarda kim kimin neyidir, hansı adam hansının oğlu və ya qızıdır deyə düşünərkən bir neçə dəqiqəlik yaddaş itkisi ilə də qarşılaşdım. Hətta bəzən vərəqləri çevirib, əvvəlki səhifələrdən təkrar oxumağa başladım. Onu da deyim ki, Marquezin xəyal gücünə heyran qaldım… “Hətta bu nə xayal gücüdür ey” deməkdən də özümü ala bilmədim. Marquezin yazı stilində bir digər üslub isə o, fantastik hadisələri də məharətlə realizmə qatıb yazmışdır. Fantastik hadisələr elə həqiqət kimi görünür ki, adam bəzən çaşqınlıqda qalır. Gələk romanın yorucu tərəfinə… Elif Şafakın yazı üslubu bir çoxlarımıza bələddir. Yazıçı fərqli hadisələri əvvəl bugününü danışır, sonra kemişə qayıdır. Bəlkə bir çox başqa yazıçıda da var bu üslub, amma əsas Elif Şafak örnək verirəm. Marquezdə isə bu çox daha qarışıqdır. O, əvvəlcə fragman şəklində hadisələri danışır, sonra bizim bir məllim kimi mövzunu qoyur başqa şeydən danışır, daha sonra isə yenidən həmin hadisəyə qayıdırdı. Keçmiş içində açılan keçmiş. Kompüterdə bir neçə papkanı iç içə açıb, sonra da geriyə çıxmaq kimi bir şey. Kitabı gec bitirməyimin səbəbi isə odur ki, insane kitabı oxuyanda yorulur, sonra qoyur fasilə verməyə və kitab yenidən özünə cəzb etmir adamı. Kitabda bir qanın hərəkətinin yarım səhifə davam etməsi isə olduqca maraqlı gəldi. Kitabda bir nəslin yaşadığı tənhalıq hissi bu gün məncə bütün əhatəmizdə insanlarda yaşanır. Texnologiya və inkişaf isə bu hissə çanaq tutmaqdadır. Tənhalıq hissinin səbəbi isə onların bənzər talelərinin olmasıdır və tarixin təkərrür eləməsidir. Ancaq kitabın sonlarına yaxınlaşdıqda niyə bu ailədə tənhalıq hissi yaşandığının səbəbini öyrənmək üçün kitabı oxumağa dəyər...Onu isə mən demiyəcəm :P… Amma mən oxuyarkən artıq bunu təxmin eləmişdim…oxuyun və görün…

Aşkın Ömrü Üç Yıldır
Aşkın Ömrü Üç Yıldır

7

Onu deyim ki, kitabı mənim bitirməyim hardasa 1 gün çəkdi. Çox tez bitti. Kitabı oxuyarkən önyargılı yanaşdığımı etiraf edim. Yəni başlayanda və ortalarda düşündüklərim fərqli idi. Bura çox fərqli şeylər yazmağı düşünmüşdüm hətta. Yazıçını və kitabı kəskin tənqid də daxil idi bura. Ancaq maraqlı fikirləri , insana düşündürən ifadələri də çıxarışlar edərək saxlayırdım. Bu yeni adətimdir. Əsəri bitirdiyimdə yaşadığım hiss mənə imtahan vaxtı klassik tipdə sual salacam deyib, test şəklində sual salan məllimimizin elədiyi imtahan vaxtı keçirdiyim hissə bənzədi. Kitab bəlkə sürükləyici deyil, hətta çox açıq saçıq şəkildə yazılıb. Amma bunlar oxumamaq üçün səbəb deyil, məncə oxuyun.Mən burdan mənə “ heç 4 manatı da buna verərlər ?” deyən dostlarıma kiçik bir müraciət etmək istəyirəm ki, “ hər kitabın öyrədəcəyi şeylər var və kitablara verilən pul itmir.” Kitabın üz qabığından onsuz ehtiras və hisslərin təsvir olunacağı bəllidir. Yazıçı kitabda da məhəbbətin tanışlıq, ehtiras,hisslər, birşeylər yaşanması və nəhayət sıxılmaq və ayrılmaq olaraq dəyərləndirib.Bütün bunlar hamısı 3 ildə baş verirYeri gəlmişkən kitabın üz qabığına baxan hamı, bir dəfə kitaba baxırdı, sonra üzümə, sonra bir də kitaba... Ancaq ən əsas yazıçını axtardığı sual isə budur: Axı niyə məhəbbət 3 il yaşayır ? Bu sualın cavabını tapır mı, tapmır mı bunu siz özünüz baxım və görün...məndən təklif etməkdir oxuyunnn....

The Secret
The Secret

4

Kitab sadəcə eyni şeyin ətrafında dönür. Cazibə qüvvəsi. Düşüncələrin cazibə qüvvəsi. Yəni sən yaxşı düşünsən hər şey yaxşı, pis düşünsən pis olur. Həyatımızda pis düşündüyümüz hər şey pis düşüncələrimizin məhsuludur . Ancaq kitabın yazıçısı hər tərəfə oynuyur sözün əsl mənasında. Həm ateistə, həm deistə, hem teistə…Yəni oxuyursan kitabı, bütün fikirlərə baxırsan və burda kainatın bizə hər şeyi verdiyi düşüncəsi hakim olduğunu göstərir. İnsanların tarixboyu yaşadığı xəyal-dua-qurban kəsmək kimi düşüncələrini birləşdirib və buna CAZİBƏ QANUNU adını verib. Sadəcə biz özümüz yaxşı düşünməliyik və. s…Burda insanın özünün qüdrətli olmasını irəli sürür və insanın hər şeyi edə biləcəyini bildiri…Allahı isə geri plana çəkir. Kitabın müsbət tərəfi də var əlbəttə..Yəni baxanda, əgər həqiqətən də psixoloji sarsıntı və depresiya vəziyyətindəsizsə bu kitabdakı fikirlər sizə yardımçı olacaqdı. Yəni özünüzü daha yaxşı hissetməyinizə kömək edəcəkdir. Kitabın təsir səbəbi elmi deyil ancaq elmi kitaba oxşayır, dini də deyil ancaq dini kimi görünür.Kitabda deyildiyi kimi cazibə qüvvəsi işə yarasaydı, milyonlarla lotto oynayan insanların hamısı ,lottonu alanda udacaqlarına inanıb alırlar və deməli milyonlarla adam varlı olacaqdır. Məncə kitabın uğur qazanma səbəbi həm dini ,həm də elmi təbəqəyə xitab etməsidir.Əsas kuliminasiya nöqtəsi isə kitabda ALLAH yerinə , EVREN(KAİNAT) ifadəsi işlənir. İnsanları duadan çox düşünməyə yönəldir. Əslində kitabın bu qədər oxunma səbəbi, içimizdəki ümidlərə cavab verməsidir. Yoxsa kitab 1001 dərdin dərmanı filan deyil…

Bozkırın Sırrı Türk Peygamber
Bozkırın Sırrı Türk Peygamber

9

Onu deyim ki,kitabın ilk 100 səhifəsini oxuyanda,kitabın çox da maraqlı olmadığı fikrində idim.Hətta ilk 75 səhifə sadəcə Bozqırda yaşayan xalqların(Türklərin) adət-ənənələri gözümdə canlanırdı.Təbii ki,o insanların məşğuliyyətini oxumaq da maraqlıdır.Ancaq kitaba bağlana bilməmişdim.Daha sonra biraz daha oxuduqca artıq kitabın başladığını gördüm.Amma ilk 100 səhifədən də bir çox şey öyrəndim.Əsl Türk adətləri haqqında,bugün ilə keçmiş arasında adətlərdə bənzərliklər, Türk adətlərindəki təhriflərin necə yaranması haqqında maraqlı fikirlər var.Bir də oxuduqca bunu anladım ki,qədim Türk xalqları baxmayaraq ki,bizdən 3000 il əvvəl yaşayıblar bizdən istər düşüncə ,istərsə də həyata baxış olaraq xeyli irəlidə olublar. Kitabın əsas obrazı Öktəmdir.Yəni onun insanları əbədi Diri (Hayy) olana inandırmaq üçün verdiyi mübarizədir.Ahmet Turgut ilə hazırladığım müsahibədə kiçik bir ayrıntı xususi diqqətimi çəkmişdi.Ahmet Turgut:Bu kitabı doğru oxuyan,kitabda HZ.Fatimədən izlər görməyin mümkün ola biləcəyini demişdi.Mən də xususi diqqətlə başqa izlər də görə bildim. Xüsusilə Öktəm obrazında “Hz.Məhəmməd(s.e.s),Hz.Musa,İmam Hüseyn” obrazlarını görə bildim.Hz.Məhəmmədi(s.e.s) mağaraya çıxıb xəbər almasında Öktəmin.Xatırladım ki,Hz.Məhəmməd də Hira mağarasında Cəbrail ilə danışır,Allahın buyurduqlarını öyrənirdi.Hz.Musanı isə,Öktəmin Tigin(Tigin-Obanın böyüyü idi) ilə mübahisəsində gördüm.Hz.Musa ilə Firon arasında da bənzər mövzular olmuşdu.İmam Hüseyni isə bacısıyla arasında yaşanan dialoqlarda hissettim.İmam Hüseynin bacısına etdiyi vəsiyyətlərin bənzəri idi Öktəmin bacısı Aşenaya dedikləri.Öktəm adı xəyali bir addır.Ancaq hıər qövmə bir peyğəmbər yollandığı bir həqiqətdir.Həm Quran,həm də hədislər bunu təsdiqləyir.Burda İslamdan uzun illər əvvəl olması,İslam sözünün belə məlum olmadığını ,onların Hənif deyə bir dinə mənsub oldduqlarını yazıçı özü yaxın vaxtlarda olan söhbətimizdə demişdi. Ümumiyyətlə kitabda bəyəndiyim bir digər xüsusiyyət də bütün hadisələri bəlli faktlara əsaslandırıb,bilinməyənləri izah etməsidir.Əsası isə Quranın surələri üstündə qurulmuşdur. Oxumayan hərkəsə tövsiyə edirəm.