Yüzyıllık Yalnızlık

8 puan

bu günə qədər oxuduğum ən yorucu, ən darıxdırıcı roman olsa da bitirdiyimə sevinirəm. Bu əsər belə baxanda ilk baxışda çərənçi , eyni təkrarlardan ibarət Hind, Braziliya yaxud Türk seriallarını xarirladır. Çünki hadisələrdə dəyişən adlar olsa da eyni şeylər baş verir. Kitabı oxuyarkən diqqətimi çəkən ailənin bütün qadınlarının uzunömürlü olması oldu. Ursula adlı baş qəhrəmanda olduğu kimi, personajlarda kim kimin neyidir, hansı adam hansının oğlu və ya qızıdır deyə düşünərkən bir neçə dəqiqəlik yaddaş itkisi ilə də qarşılaşdım. Hətta bəzən vərəqləri çevirib, əvvəlki səhifələrdən təkrar oxumağa başladım. Onu da deyim ki, Marquezin xəyal gücünə heyran qaldım… “Hətta bu nə xayal gücüdür ey” deməkdən də özümü ala bilmədim. Marquezin yazı stilində bir digər üslub isə o, fantastik hadisələri də məharətlə realizmə qatıb yazmışdır. Fantastik hadisələr elə həqiqət kimi görünür ki, adam bəzən çaşqınlıqda qalır. Gələk romanın yorucu tərəfinə…
Elif Şafakın yazı üslubu bir çoxlarımıza bələddir. Yazıçı fərqli hadisələri əvvəl bugününü danışır, sonra kemişə qayıdır. Bəlkə bir çox başqa yazıçıda da var bu üslub, amma əsas Elif Şafak örnək verirəm. Marquezdə isə bu çox daha qarışıqdır. O, əvvəlcə fragman şəklində hadisələri danışır, sonra bizim bir məllim kimi mövzunu qoyur başqa şeydən danışır, daha sonra isə yenidən həmin hadisəyə qayıdırdı. Keçmiş içində açılan keçmiş. Kompüterdə bir neçə papkanı iç içə açıb, sonra da geriyə çıxmaq kimi bir şey. Kitabı gec bitirməyimin səbəbi isə odur ki, insane kitabı oxuyanda yorulur, sonra qoyur fasilə verməyə və kitab yenidən özünə cəzb etmir adamı. Kitabda bir qanın hərəkətinin yarım səhifə davam etməsi isə olduqca maraqlı gəldi.
Kitabda bir nəslin yaşadığı tənhalıq hissi bu gün məncə bütün əhatəmizdə insanlarda yaşanır. Texnologiya və inkişaf isə bu hissə çanaq tutmaqdadır. Tənhalıq hissinin səbəbi isə onların bənzər talelərinin olmasıdır və tarixin təkərrür eləməsidir. Ancaq kitabın sonlarına yaxınlaşdıqda niyə bu ailədə tənhalıq hissi yaşandığının səbəbini öyrənmək üçün kitabı oxumağa dəyər...Onu isə mən demiyəcəm :P… Amma mən oxuyarkən artıq bunu təxmin eləmişdim…oxuyun və görün…

Yorumlar
« geri ileri »

0 ile 0 arası yorum gösteriliyor, toplam 0 yorum.
Yorum yazılmamış.
« geri ileri »